Accessibility links

İran İTER beynəlxalq nüvə-istilik reaktorunun yaradılması layihəsində iştirak edəcək. Bu, İranın Avropa İttifaqı ilə əməkdaşlıq səyləri çərçivəsində baş tuta bilər.

İTAR-TASS xəbər agentliyinin məlumata görə, bunu İRANIN Atom Enerjisi üzrə Təşkilatının rəhbəri Əli Əkbər Salehi Avropa İttifaqının iqlim dəyişikliyi və energetika üzrə komissarı Migel Arias Kaete ilə Tehranda keçirdiyi görüşdən sonra təşkil olunan brifinqdə bildirib.

İTER layihəsinin məqsədi nüvə-istilik reaktorundan kommersiya məqsədləri üçün istifadə, bu sahədə qarşıya çıxan fiziki və texnoloji problemlərin həllidir. Reaktor Fransanın cənubunda Kadaraş tədqiqat mərkəzində tikiləcək. Əvvəlcə tikintinin 2026-cı ildə yekunlaşdırılması planlaşdırılsa da, sonra tikintinin 2025-ci ildə başa çatdırılması qərara alınıb.

Avropa İttifaqı 2016-cı ildən başlayaraq İrana Nüvə Təhlükəsizliyi Mərkəzinin yaradılması üçün maliyyə dəstəyi də verəcək. Əldə edilən razılaşmaya əsasən Aİ İranla nüvə və radiasiya təhlükəsizliyi sahəsində təhqiqatların mübadidəsini həyata keçirəcək, İrana Yaponiyanın Fukuşima nüvə reaktorundakı qəza ilə bağlı təcrübəni öyrənmək imkanı yaradılacaq.

XS
SM
MD
LG