Accessibility links

Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi sazişi imzalana bilər


Avropa Birliyinin Azərbaycandakı müvəqqəti işlər vəkili Toralf Pils

Avropa Birliyinin Azərbaycandakı müvəqqəti işlər vəkili Toralf Pils

Sazişin Vilnüs sammitində imzalanması gözlənilir

Yəqin ki, Vilnüs Sammitində Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanacaq. Amma sazişin qüvvəyə minməsi üçün readmissiya haqqında sazişin imzalanması da lazımdır. Bu barədə Avropa Birliyinin Azərbaycandakı müvəqqəti işlər vəkili Toralf Pils jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, readimissiya sazişinin layihəsinin hazırlanması yekunlaşmaq üzrədir. “Readimissiya sazişi yəqin ki, 2014-cü ildə imzalanacaq və sənədlər paketi 2014-cü ildə rattifikasiya edilərək qüvvəyə minəcək”, o qeyd edib.

Xatırladaq ki, Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi və readimissiya üzrə danışıqlarda əsas məsələlərlə bağlı bu ilin martında razılıq əldə olunub.

Viza rejiminin sadələşdirilməsi viza almaq üçün təqdim olunan sənədlərin siyahısının azaldılmasını, uzun müddətə çoxdəfəli vizanın alınması imkanlarını, ayrı-ayrı şəxslər kateqoriyası üçün vizanın dəyərinin sadələşdirilməsini nəzərdə tutur.

“Şərq Tərəfdaşlığı” ölkələrinin Vilnüs Sammiti noyabrın 28-99-da keçiriləcək.
“Şərq Tərəfdaşlığı” Polşa və İsveçin Avropa Birliyinin qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. "Şərq tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukrayna.
XS
SM
MD
LG