Accessibility links

Azərbaycan Avropa İttifaqı (Aİ) tərəfindən Azərbaycanla hərtərəfli əməkdaşlığa dair danışıqlar aparılması üçün mandatın verilməsini alqışlayır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Mogeriniyə belə mandatın verilməsini şərh edərkən bildirib.

Bakı Aİ ilə ayrıca müqavilənin imzalanmasına çoxdan təkid edir və bunu strateji əməkdaşlıq haqqında saziş adlandırır.

Bakı gələcək müqavilədə siyasi əməkdaşlıq məsələlərinin maksimum məhdudlaşdırılmasına can atır. Brüssel isə bunun mümkün olmamasına əsaslanır və bildirir ki, ölkə “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Show comments

XS
SM
MD
LG