Accessibility links

Malena Mard: Demokratiya və insan hüquqları yüksək səviyyədə dialoq predmetidir


Avropa İttifaqı Azərbaycanla viza rejiminin yüngülləşdirilməsi ətrafında danışıqlara başlayır

Avropa İttifaqı Azərbaycanla viza rejiminin yüngülləşdirilməsi ətrafında danışıqlara başlayır

Avropa İttifaqının Azərbaycan vətəndaş cəmiyyəti layihəsinin təqdimatı keçirilib

Martın 11-də Avropa İttifaqının Bakı nümayəndəliyi 15 vətəndaş cəmiyyəti layihəsinin təqdimatını keçirib. Layihələrin reallaşmasına bu il Aİ-nin dəstəyilə başlanılıb. Layihələr “Qeyri-dövlət qurumları inkişafda” və “Avropa Demokratiya və İnsan Hüquqları Aləti” çərçivəsində həyata keçirilir.

İlk istiqamət üzrə kənd yerləri və regionların inkişafına dair 7 layihə dəstəklənib. Həmin layihələrdən 25 rayonda 20 mindən çox fermer faydalanacaq. Layihələrin ümumi məbləği 3 mln. manatdır. Aİ nümayəndəliyinin əməkdaşı Pərviz Yusifov bildirib ki, layihələr iştirakçıların gəlirlərinin 10-30% artmasına imkan verəcək.

Bundan əlavə, 50 kiçik infrastruktur layihəsi həyata keçiriləcək ki, burada da kiçik biznes 900 min manat həcmində yardım alacaq. 100-dən çox yeni fermer qrupları yaradılacaq.

Aİ missiyasının nümayəndəsi Məryəm Hacıismayılovanın sözlərinə görə, “Avropa Demokratiya və İnsan Hüquqları Aləti” çərçivəsində Aİ ictimai məlumatlandırmanın artırılması, mülkiyyət hüquqlarının müdafiəsi, qadın hüquqlarının təminatı, seçkilərin monitorinqi üzrə 8 layihənin dəstəklənməsinə 2.2 mln. manat ayırıb. Əsasən Azad İqtisadiyyata Yardım İctimai Birliyi mülkiyyət hüquqlarının qorunması üzrə layihə həyata keçirir. Qurumun rəhbəri Zöhrab İsmayıl bildirib ki, layihə çərçivəsində Bakı, Gəncə, Salyan, Masallı və Lənkəranda vətəndaşlara mülkiyyət hüquqlarının qorunması ilə bağlı hüquqi yardım göstərilib.

Eyni zamanda 10 məhkəmə çəkişməsində vətəndaşların hüquqlarının müdafiəsi nəzərdə tutulub. Onlardan biri - Bayıl qəsəbəsi, Müşfiq Hüseynov küçəsində yerləşən 9 mərtəbəli evin 31 sakininin qanunsuz köçürülmə ilə bağlı kollektiv iddiası üzrə proses başlayıb. “İstənilən ölkədə vətəndaş cəmiyyəti əhalinin ən zəif təbəqələrinin ehtiyaclarının təmin edilməsində, islahatların monitorinqində, insan hüquqları sahəsində götürülən öhdəliklərin yerinə yetirilməsində əvəzsiz rol oynayır. Aİ Azərbaycanda vətəndaş cəmiyyətini maliyyələşdirən ən iri xarici donor olması ilə fəxr edir”, - Aİ nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

2007-ci ildən Aİ Azərbaycan vətəndaş cəmiyyətinin 12 mln.-dan çox 60 layihəsini maliyyələşdirib. Layihələrdə iştirak üçün ərizələr Aİ-nin rəsmi saytında yerləşdirilən elan üzrə qəbul olunur.

Demokratiya, insan hüquqları və qanunun aliliyi hər zaman Avropa İttifaqı (Aİ) - Azərbaycan münasibətlərinin gündəliyinə daxildir və yüksək səviyyədə dialoq predmetidir. Bu barədə Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard vətəndaş cəmiyyətinə dəstək qrantlarının təqdimatı mərasimində ölkədə qanunvericiliyin sərtləşdirilməsi və vətəndaş fəallarının təqib olunması baxımından Aİ-nin fəaliyyəti ilə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, Aİ və xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin arasında məsləhətləşmələrin növbəti raundu ötən ay olub.

Xanım Mard qeyd edib ki, bu dialoq “səmimi, açıq olmalıdır”. Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Ketrin Eşton və Aİ-nin genişlənməsi üzrə komissarı Ştefan Füle xüsusi bəyanatla çıxış edərək Azərbaycanda qanunvericiliyə son dəyişikliklərlə bağlı narahatlıqlarını bildiriblər.

Mard həmçinin qeyd edib ki, Azərbaycanda QHT-lərə qrantların verilməsi vətəndaş cəmiyyətinə dəstəyin nümayiş etdirilməsidir. Bu layihələr medianın dəstəklənməsi, qadın hüquqlarının inkişafı, seçkilərin monitorinqinə yönəlib və vətəndaş cəmiyyəti institutlarının möhkəmləndirilməsinə xidmət edir

Malena Mard vahid hava məkanı haqqında sazişə dair danışıqların gedişi ilə bağlı bildirib ki,
Azərbaycan və Aİ arasında vahid hava məkanına dair danışıqlar “o qədər də intensiv aparılmır”,

O qeyd edib ki, “Azərbaycan tərəfdən də çox şey asılıdır”. Aİ-nin təklifləri danışıqlar masası üzərindədir. Brüssel saziş üzərində işi davam etdirməyə və danışıqların növbəti mərhələsinə keçməyə hazırdır.

Xatırladaq ki, danışıqların birinci raundu 2013-cü ilin yanvarında Bakıda keçirilib.

Onun dediyinə görə, Aİ və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlər 2014-cü ilin sonunadək qüvvəyə minə bilər.

Viza rejiminin sadələşdirilməsi haqda saziş ötən ilin noyabrında Vilnüsdə “Şərq Tərəfdaşlığı” sammitində, readmissiya haqda saziş isə bu ilin fevralında Brüsseldə imzalanıb.

M.Mardın sözlərinə görə, Azərbaycan Aİ-yə daxil etmək niyyətini bildirməsə də tərəflər qarşılıqlı maraq doğuran siyasi assosiasiya və iqtisadi inteqrasiya məsələlərini müzakirə edirlər.

O bildirib ki, Avropa İttifaqı martın sonu-aprelin əvvəllərində Avropa Qonşuluq Siyasətinin (həmçinin Azərbaycan üzrə) həyata keçirilməsinə dair hesabat yayacaq.

Hesabatda Avropa Qonşuluq Siyasətinin proqram iştirakçısı olan 16 ölkədə fəaliyyəti qiymətləndiriləcək. 2012-ci ilin hesabatında müsbət məqamlarla yanaşı irəliləyişin tələb olunduğu sahələr - hüquq və fundamental insan azadlıqları, seçki prosesləri, ədliyyə sisteminin müstəqilliyinin təminatı - göstərilib.
XS
SM
MD
LG