Accessibility links

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə əməkdaşlığı əsasında ACIDIC musiqi qrupunun 30 oktyabrdan 7 noyabradək Azərbaycanda səfərdə olacaq. Səfər “Elm əyləncədir” adlanır.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir ki, ABŞ səfirliyi II Azərbaycan Elm Festivalını tam dəstəkləyir.

“Musiqi və interaktiv kabinələrin olduğu bu kimi festivallar gənclərin elmə marağını artırır. Bununla elm geniş vüsət alır, tələbələr elm və texnologiya sahələrini öyrənməyə daha çox maraq göstərir. Bu, Azərbaycanda iqtisadiyyatın texniki və elmi sahələrdə artan tələblərinə cavab verəcək savadlı və çoxşaxəli işçi qüvvəsinin hazırlanması, eyni zamanda Azərbaycan hökümətinin prioriteti – iqtisadiyyatın şaxələndirilməsi və müasirləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edir”, xəbərdə qeyd edilir.

Festivalda səfirliyin Bakı Amerika Mərkəzində yaratdığı Maker Space-i nümayiş etdirən kabinəsi var. Burada uşaqlar robot hazırlamaq və kodlaşdırmanı öyrənməklə elmin tədrisinə qoşula bilər.

Elm festivalı ilə birgə növbəti həftə ərzində ACIDIC musiqi qrupu tələbələrin elmə cəlb olunması və Azərbaycanda elm və texnologiya sahələrində inkişafa töhfə vermək üçün beş ictimai konsert proqramı ilə çıxış edəcək. Qrupun Bakı, Sumqayıt, Şəki və Gəncəyə səfərləri planlaşdırılıb.

ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosu Xarici Ölkələrdə Amerika Musiqisi mübadilə proqramı ilə bütün ölkələrdən olan insanlarla əlaqə yaratmaq üçün Amerikanın Səsi ilə əməkdaşlığa başlayıb. Bu mübadilə proqramları incəsənət və musiqi vasitəsilə ABŞ haqqında müsbət imicin formalaşdırılmasına, həmçinin əcnəbi tamaşaçıların amerikalı incəsənət nümayəndələri ilə birbaşa qarşılıqlı əlaqə yaratmasına xidmət edir.

XS
SM
MD
LG