Accessibility links

Dünyanın bir çox ölkəsini təmsil edən nümayəndə heyətləri Avstraliyanın Melbrun şəhərində keçirilən 20-ci Beynəlxalq QİÇS Konfransı üçün bir araya gəliblər. Konfransda QİÇS araşdırmalarının hazırda hansı mərhələdə olduğunu təhlil etmək üçün görüşlər, seminarlar və çıxışlar təşkil olunur.

Təxminən 12,000 nümayəndə, alim, fəal və QİÇS virusu daşıyan insanlar cümə gününədək davam edəcək konfransda cəmiyyətin HİV və QİÇS qarşı reaksiyalarını, müalicə və qarşısını almanı sürətləndirəcək yolları müzakirə edəcək.

Beynəlxalq QİÇS Cəmiyyəti prezidenti Francois Barre-Sinoussi konfrans iştirakçılarını Ukrayna səmalarında vurulan Malaziya Hava Yollarına məxsus təyyarədə həlak olan altı nümayəndənin xatirəsini bir dəqiqəlik sükutla yad eleməyə çağırıb.

Həlak olanlar arasında görkəmli holland araşdırmaçı, Beynəlxalq QİÇS Cəmiyyətinin sabiq prezidenti Coip Lang və onun həmkarı Hollandiyanın ictimai səhiyyə rəsmisi Jaklin van Tonqirin də olub.

Dünya Səhiyyə Təşkilatı sözçüsü Qlenn Tomas, "QİÇS-i Dayandırın" təşkilatından Pim de Kaiyer, Avropada QİÇS hərəkatından Luis van Mens və Mariya Adriana de Sçxuter-də həmçinin təyyarədə həlak olanlar arasında olub.

XS
SM
MD
LG