Accessibility links

AİF: İnternet sahəsindəki problem informasiya təhlükəsizliyi üçün ciddi təhdiddir


İnternet Forumun prezidenti Osman Gündüz

İnternet Forumun prezidenti Osman Gündüz

Azərbaycan İnternet Forumu (AİF) bildirir ki, noyabrın 16-da bütün ölkə ərazisində internet təchizatı sahəsində ciddi problem bu ölkənin informasiya təhlükəsizliyi üçün ciddi təhdidir.

Qurum hesab edir ki, baş verən hadisə göstərir ki, atılan addımlar yetərli deyil və ölkənin informasiya təhlükəsizliyi məsələsinə daha konseptual yanaşmaq vacibdir.

“ Hökumət baş verənlərin təkrarlanmaması üçün dərhal ciddi tədbirlər görməli, bu sahədə rəqabətli mühitin, alternativlər üzərində infrastrukturun formalaşması üçün tədbirlər görməlidir. Müasir dövrdə informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin əsas tərkib hissəsi olmasını nəzərə alaraq AİF ölkənin dayanıqlı informasiya təhlükəsizliyi sisteminin, informasiya infrastrukturunun alternativ təchizatlar və alternativ informasiya şəbəkələri üzərində qurulmasını zəruri hesab edir”, açıqlamada qeyd edilir.

AİF dövlət və ictimai sektorda bir müddət müzakirə olunan yeni milli informasiya təhlükəsizliyi konsepsiyasının hazırlanması məsələsinin yenidən gündəmə gətirilməsini vacib hesab edir.

AİF bu kimi halların bir daha təkrarlanmaması üçün, ən qısa 2-ci səviyyəli provayderlərin, daimi onlayn əlaqənin əhəmiyyətli olduğu qurumların da informasiya şəbəkəsinin alternativlər üzərində qurulmasının vacib olduğunu diqqətə çatdırır.

AİF baş verən hadisənin səbəbləri haqqında ictimaiyyətə rəsmi açıqlamanın verilməsini vacib hesab edir.

Qeyd edək ki, İnternet bağlantısının kəsilməsi ölkənin internet təchizatının 90 faizini təmin edən Delta Telecom şirkətində baş verən yanğınla bağlı olub. Yanğın nəticəsində şirkətin texniki sistemində, serverlərində ciddi problemlər yaranıb və internet təchizatı mümkünsüz olub. Yanğının səbəbləri haqqında hələlik rəsmi açıqlama verilməyib.

Öz növbəsində Trendə açıqlama verən rabitə və yüksək texnologiyalar nazirinin vəzifəsini icra edən İltimas Məmmədov Azərbaycanda internetlə bağlı yaranan problemin digər ölkələrə tranzit trafikinə təsir etmədiyini vurğulayıb.

İ.Məmmədov bildirib ki, Azərbaycan ərazisindən internet trafikinin nəqli ilə bağlı heç bir problem yaranmayıb.

XS
SM
MD
LG