Accessibility links

Ailə üzvləri Turac Zeynalovu öldürənlərin cəzalandırılmasını tələb edir


Ailə üzvləri Turac Zeynalovu öldürənlərin cəzalandırılmasını tələb edir

Ailə üzvləri Turac Zeynalovu öldürənlərin cəzalandırılmasını tələb edir

Ailə üzvləri Turac Zeynalovun cəsədinin videogörüntülərini nümayiş etdirib. Onun bədənində çoxsaylı işgəncə izləri var.

Bu ilin avqustunda Naxçıvan Muxtar Respublikası (NMR) Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında vəfat etmiş Turac Zeynalovun atası Şuriyyə Zeynalov və həyat yoldaşı Gülnar Ağayeva mətbuat konfransı keçirib. Doğmaları Turac Zeynalovun işgəncələr nəticəsində öldüyü qənaətindədirlər, obyektiv araşdırma aparılmasını və təqsirkarların cəzalandırılmasını tələb edirlər. Onlar həmçinin Azərbaycan hakimiyyətindən təhlükəsizliklərinin təmin edilməsini xahiş edir. Belə ki, MTN işçiləri şikayət etməmələri üçün onlara təzyiq göstərirlər.

Şuriyyə Zeynalov deyib ki, oğlu Turac Naxçıvan hava limanında sürücü işləyib. Bu il avqustun 24-də onu saxlayaraq, NMR MTN-ə aparıblar. Növbəti gün doğmalarını MTN-ə çağırıblar və Turacın dövlətə xəyanətdə ittiham olunduğunu deyiblər. Onlara Turacı günahını boynuna almağa və ifadə etməyə razılaşdırmaq təklif olunub. Bu səbəbdən, Turac Zeynalovun atasına və həyat yoldaşına onunla bir neçə dəqiqəlik görüş veriblər.

Həyat yoldaşının sözlərinə görə, Turac hansısa sənədləri imzalamaqdan imtina edərək, heç bir təqsiri olmadığını deyib. “Açıq-aşkar görünürdü ki, Turacı döyürdülər. O, hərəkət edə bilmirdi. Başında yaralar var idi. Müstəntiqdən Turacın bu vəziyyətdə olmasının səbəbini soruşduqda o dedi ki, “onu tərbiyə etmək məqsədilə bir-iki şillə vurublar”. “Amma şillədən insan hərəkət etmək qabiliyyətini itirə bilməz”, - deyə Gülnar Ağayeva bildirib. Noyabrın 28-də məlum olub ki, Turac ölüb. Turacın ailə üzvlərinin onun ölüm xəbərini aldıqdan sonrakı şok vəziyyətində ilk rəaksiyaları və hadisələrin baş verməsi barədə dedikləri haqqqında video:

Şuriyyə Zeynalovun sözlərinə görə, yalnız yerli jurnalistlərin və hüquq müdafiəçilərinin səyləri sayəsində oğlunun cəsədini MTN-dən almağa müvəffəq olub. Verilmiş rəyə əsasən, Turac Zeynalov “ağ ciyər arteriyalarının trombundan” dünyasını dəyişib.

Lakin, jurnalistlərə mərhumun cəsədinin videokadrları nümayiş olunub. Bu görüntülərdə mərhumun cəsədində çoxsaylı zorakılıq izləri, kəllə sümüyünün sınığı açıq-aşkar görünür. Boynunun ətrafında boğulma əlamətini əks etdirən dərin kəsik izləri var. Bundan başqa, mərhumun bütün cəsədi qançır-qançırdır. Bədəninin müxtəlif hissələrində səthi dəliklər – elektrik cərəyanı ilə işgəncənin izləri var. Ailəsi Turaç Zeynelovun cəsədində zərbə izlərini göstərən video-lentini You-tuba yerləşdirib.

Turac Zeynalovun ölümündən dərhal sonra doğmalarına təzyiqlər başlayıb. Atasını və həyat yoldaşını narazılıqlarının olmadığı və guya Turac Zeynalovun onkoloji xəstəliyi olduğu barədə sənədlər imzalamağa məcbur ediblər. Doğmalarına həmçinin sentyabrda Naxçıvana gələn hüquq müdafiəçiləri ilə görüşdən imtina etmələri üçün təzyiq göstərilib. Turac Zeynalovun qardaşlarını həbs etmək, 6 yaşlı oğluna təzyiq göstərmək, digər qohumlarını işdən qovmaqla hədələyirlər.Doğmaları bildirib ki, T.Zeynalovun NMR MTN-in rəsmi məlumatında deyildiyi kimi onkoloji xəstəliyi olmayıb. Bundan başqa, ölümündən bir ay əvvəl o, tibbi müayinədən keçib və onun heç bir problemi yox idi.

Mərhumun atası və həyat yoldaşı prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya ailənin təhlükəsizliyini təmin etmək və T.Zeynalovun ölümündə təqsirli olanları cəzalandırmaq çağırışı ilə müraciət edib.

Ailənin hüquqlarını vəkil Əsabəli Mustafayev müdafiə edəcək. Ailə mərhumun cəsədinin müstəqil tibbi ekspertizasının keçirilməsini tələb edir.

T.Zeynalovanın atası və həyat yoldaşı həmçinin hökuməti Naxçıvanda jurnalistlərinin və hüquq müdafiəçilərinin təhlükəsizliyini təmin etməyə çağırıblar. Onlar deyib ki, “Onların sayəsində MTN bu işi ört-basdır edə bilmədi”.

Xatırladaq ki, T.Zeynalovla birlikdə Naxçıvan hava limanının daha 4 sürücüsü həbs edilmişdi. Onların hamısı İranın xeyrinə casusluq etməkdə ittiham olunurdular. Sonradan 3 nəfər azad edilib, bir nəfər isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG