Accessibility links

Pis hava şəraiti AirAsia təyyarəsinin axtarışına mane olur


AirAsia hava yolları şirkətinin rəsmiləri bazar günü Java dənizindən daha dörd cəsədin çıxarıldğın bildirib. İndoneziyanın xilasetmək komandaları bir həftə əvvəl yoxa çıxmış təyyarənin qalıqlarının axtarışını davam edirir.

Pis hava şəraiti təyyarənin 162 sərnişinin cəsədinin axtarışı əməliyyatlarına mane olur.

Qaranlıq, qarışıq sular dalğıcların təyyarənin qalıqlarının əsas hissəsinin cəmləşdiyi yerə çatmasını çətinləşdirib.

AirAsia hava yollarına məxsus təyyarə İndoneziyadan Sinqapura qasırğa şəraitində uçuşu icra edərkən təxminən yarı yolda qəzaya uğrayıb.

İndoneziyanın hava bürosunun yeni məlumatına əsasən, təyyarənin Yava dənizinə düşməsinin əsas səbəbi pis hava şəraiti ilə izah edilib. Agentliyin veb səhifəsində yerləşdirilmiş məlumatda son on ildə qasırğalar şəraitində uçuşlar zamanı təyyarələrin mühərrikin sıradan çıxması və güclü hava burulğanı kimi problemlərlər qarşılaşdığı haqda məlumatlar yerləşdirilib.

XS
SM
MD
LG