Accessibility links

Təyyarənin Cava dənizinin İndoneziya sahilinə yaxın ərazidə qəzaya uğradığı təxmin edilir

İndoneziya axtarış və xilasetmə agentliyinin rəhbəri bildirib ki, itkin düşmüş AirAsia təyyarəsinin qalıqlarının “dənizin dibində olduğu” güman edilir.

Bazar ertəsi Bambanq Sulistya paytaxt Cakartada müxbirlərə içərisində 162 nəfərin olduğu Aerobus 320 təyyarəsinin dünən Cava dənizinin İndoneziya sahilinə yaxın ərazidə qəzaya uğradığı təxmin edilir.

Təyyarənin axtarışları bazar ertəsi yenidən bərpa edilib. Sərnişinlərin qohumları isə hələ də ümidlərini itirməyiblər.

Nəhəng axtarış səylərinə gəmilər, təyyarələr və helikopterlər cəlb olunub. ABŞ daxil omaqla, bir sıra ölkə öz yardımlarını təklif ediblər.

Axtarış ərazisində qırıq parçaların görüldüyü bildirilsə də, bu parçaların itkin düşən təyyarə ilə əlaqəsi olduğuna dair heç bir əlamət yoxdur.

İndoneziyanın Surabaya şəhərindən Sinqapura gedən təyyarə bazar günü səhər radarlardan itən zaman təxminən yolun yarısında olub.

Pilot hava nəqliyyat nəzarətçilərindən tufanlı hava şəraitindən yayınmaq üçün təxminən 1800 metr yüksəlməyə icazə istəyib. İndoneziya Nəqliyyat Nazirliyi ərazidə digər təyyarə olduğu üçün bu icazənin rədd edildiyini bildirib. Bundan sonra əlaqə kəsilib. Nəzarətçilər pilotdan hər hansı təhlükə siqnalı almayıblar.

Sərnişinlər arasında 149 indoneziyalı, 3 cənubi koreyalı, 1 britaniyalı, malaziyalı və sinqapurlu olub. 7 nəfərlik ekipaja isə 6 indozneziyalı və 1 fransız daxil olub.

XS
SM
MD
LG