Accessibility links

İndoneziya rəsmiləri deyib ki, axtarış komandası dekabrın 28-i Yava dənizinə düşən AirAsia 8501 laynerinin qara qutusundan gələn siqnalı aşkar edib.

Siqnal təyyarənin arxa hissəsinin və qara qutunun düşdüyü ehtimal edilən yerdən fərqli istiqamətdən gəlir. Qara qutuda laynerin qəzaya uğrama səbəbi barədə mühüm məlumat ola bilər.

Çərşənbə axşamı təyyarənin arxa hissəsinin təyyarənin radardan çıxdığı yerdən 30 kilometr məsafədə, dənizin 30 metr dərinliyində olduğu müəyyən edilib.

Airbus 320 Yava dənizi üzərində radardan yoxa çıxıb. Təyyarədə olan 162 sərnişindən heç biri sağ qalmayıb. Cəmi 48 cəsəd aşkar edilib.

Rəsmilər laynerin böyük hissəsinin düşdüyü yerdən daha çox cəsəd aşkar edəcəklərinə ümid edir.

XS
SM
MD
LG