Accessibility links

İndoneziyanın xilasetmə dəstələri AirAsia sərnişin təyyarəsinin axtarışını davam etdirir.

Komandanın rəhbəri Bambanq Soeltsyo Cava dənizində aşkar edilən 4 böyük cismin ən böyüyünün 18 metr uzunluqda olduğunu bildirib.

Hava proqnozlarına görə, güclü yağış və hündür dalğalar axtarış əməliyyatlarına mane olacaq.

İndoneziya rəsmiləri daha 30 cəsədin aşkar edildiyini bildirib. Cəsədlərin əksəriyyətinin təyyaərnin füzelyajından çıxacağı təxmin edilir.

Şayiələrə görə təyyarə suya qərq olmazdan əvvəl pilot onu suyun üzərinə endirməyə nail olub.

Pilot tufandan xilas olmaq üçün daha yüksək uçuş tələb etsə də, ərazidə başqa təyyarələr olduğu üçün buna icazə verilməyib.

162 şərnişinli təyyarə ötən bazar günü radardan çıxıb.

XS
SM
MD
LG