Accessibility links

AirAsia-nın qəzaya uğradığı ərazidən artıq 7 cəsəd tapılıb [Fotoqalereya]


Pis hava şəraiti axtarış əməliyyatlarını çətinləşdirir

İndoneziya rəsmiləri Yava dənizində qəzaya uğrayan AirAsia təyyarəsinin böyük bir hissəsini tapqığına inanır. Pis hava şəraiti hadisə qurbanlarının axtarışları qarşısında maneə yaradıb.

Rəsmilər bildirirlər ki, hidroakustik görüntülər təyyarənin yarısından böyük hissəsinin dənizin 30-50 metr dərinliyində olduğunu göstərir.

Lakin daha sonra AirAsianın rəhbəri Toni Fernandes bu bəyanatları təkzib edərək, bunun yalnız vizual şəkildə müəyyənləşdirildiyini və hələ təsdiq olunmadığını bildirib.

Çərşənbə günü fövqəladə hallarda xilasetmə işçiləri dənizin nisbətən dayaz yerlərindən 4 cəsəd çıxarıb. Bununla yanaşı, çərşənbə axşamından bəri dənizdən çıxarılan cəsədlərin sayı 7-ə çatıb.

Axtarış və xilasetmə agentliyinin rəsmiləri üç metr hündürlüyündə dalğalar, güclü külək və bərk yağışlar Borneo adasının yaxınlığında təyyarənin qəzaya uğradığı ərazidə axtarışlara mane olduğunu bildirir.

XS
SM
MD
LG