Accessibility links

Təyyarədə olan 162 nəfərdən azı 37-nin cəsədi tapılıb

İndoneziya höküməti bir sıra aviasiya rəsmilərinin vəzifələrindən uzaqlaşdırıb. AirAsia-nın 8501 nömrəli uçuşunun Yava dənizində qəzaya uğradığı gün uçuşa icazəsinin olmadığı aşkar olunub.

Dekabrın 28-i İndoneziyadan Sinqapura uçduğu zaman itkin düşən sərnişin təyyarəsinin axtarışlarının artıq 9-cu günüdür.

Təyyarədə olan 162 nəfərdən artıq 37-nin cəsədi tapılıb.

Digər cəsədlər və təyyarənin parçalarını tapmaq üçün bir neçə ölkədən ibarət axtarış qrupları çalışır. Təyyarənin böyük parçalarının dəniz yatağında olduğu bildirilir, lakin rəsmilər sualtı axının dalğıclar üçün çox güclü olduğunu bildirirlər.

XS
SM
MD
LG