Accessibility links

AirAsia təyyarəsinin axtarışı ərazisi genişləndirilib


İndoneziyanın Milli Xilasetmə Agentliyinin rəhbəri bildirib ki, AirAsia hava yollarına məxsus təyyarənin qalıqlarının və qəza qurbanlarının axtarışı ərazisi genişləndirilib.

Laynerin qara qutusunun axtarışları davam etdirilir.

Henri Bambanq Soelistyo bu açıqlamanı mətbuat konfransı zamanı verib. O deyib ki, rəsmilər İndoneziyanın Yava dənizində axtarış əməliyyatlarını genişləndirir.

AirAsia hava yollarına məxsus təyyarə bir həftə əvvəl qasırğa zamanı qəzaya uğrayıb.

Xilasetmə dəstələri təyyarənin qara qutusunun yerləşdiyi arxa hissəsinin yerini müəyyən etdiklərini ehtimal edir.

Avstraliyalı məhkəmə ekspertləri cəsədlərin kimliyinin müəyyən edilməsində İndoneziya rəsmilərinə yardım göstərir. Qəzaya uğrayan zaman təyyarədə 162 sərnişin olub. Lakin indiyədək 37 cəsəd aşkar edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG