Accessibility links

“Akademik Şokalski”-nin sərnişinləri Avstraliya gəmisinin bortundadır


Avstraliyanın buzqıran gəmisi Rusiyanın “Akademik Şokalski” tədqiqat gəmisinin Antarktida buzlaqlarında ilişib qaldıqdan sonra xilas edilmiş 52 sərnişi ilə limana üz tutub.

Gəmi Çinin buzlaqlarda ilişib qalmış “Qar Əjdaha” buzqıran gəmisinin xilas edilməsi əmrini almış, lakin onun təhlükədən kənar olduğu və artıq köməyə ehtiyac qalmadığı haqda məlumat aldıqdan sonra “Akademik Şokalski”nin sərnişinləri ilə öz yoluna davam edib. Çin gəmisinin ekipajı bir neçə həftə üçün kifayət edəcək təchizata malik olduğunu bildirib.

“Akademik Şokalski” gəmisinin sərnişinləri Çin gəmisindəki vertolyot vasitəsilə Avstraliya gəmisinin bortuna qaldırılıb. Rusiyanın tədqiqat gəmisi dekabrın 24-dən Antarktida buzlaqlarından ilişib qalmışdı.

Olduqca mürəkkəb hava şəraiti sərnişinlərin xilas edilməsinə ciddi mane törədib, Çin, Avstraliya və Fransanın buzqıran gməiləri Rusiya gəmisinə yaxınlaşa bilməyib.

“Akademik Şokalski” gəmisi avstraliyalı səyyah Daqlas Mausonun bir əsr öncə Antarktidaya səfərini yenidən təkrar etmək məqsədilə noyabrın 28-də Yeni Zelandiyadan yola düşmüşdü.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG