Accessibility links

Akademik Ziya Bünyadovun qətlinin təşkilatçıları İranda sığınacaq tapıb


Zakir Qaralov, Azərbaycanın baş prokuroru
Zakir Qaralov, Azərbaycanın baş prokuroru

Azərbaycanın baş prokuroru Zakir Qaralov Milli Məclisdə çıxışı zamanı jurnalist Elmar Hüseynov və akademik Ziya Bünyadovun qətli ilə bağlı aparılan istintaqın gedişi barədə məlumat verib

Azərbaycanın baş prokuroru Zakir Qaralov Milli Məclisdə çıxışı zamanı jurnalist Elmar Hüseynov və akademik Ziya Bünyadovun qətli ilə bağlı aparılan istintaqın gedişi barədə məlumat verib.

Cənab Qaralov bildirib ki, jurnalistin qətlinin təşkilatçısı Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələrdir. Elmar Hüseynov öldürülən günün sabahısı prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirib. Bundan sonra Avropa Birliyinə üzv olan ölkələrə rəsmi şəkildə müraciət edilib və E.Hüseynovun qətlinin istintaqına xarici ekspertlərin cəlb olunması xahiş edilib. “Niyə Avropa Birliyinə üzv olan ölkələrə müraciət etmişdim? Ona görə ki, Elmar Hüseynovun qətli parlament seçkisi ərəfəsində törədilmişdi və Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr bu qətlin təşkilatçılarıdır”.

Baş prokurorun dediyinə görə, qətli konkret törədən şəxslər istintaq zamanı, yerli və xarici ekspertlərin iştirakı ilə sübuta yetirilib. Hazırda cinayətin istintaqını aparan Milli Təhlükəsizlik Nazirliyi iş üzrə əməliyyat-axtarış tədbirlərini davam etdirir”.

1997-ci ildə öldürülən akademik Ziya Bünyadovun istintaqı ilə bağlı danışarkən baş prokuror deyib ki, istintaqın apardığı araşdırmaların son nəticəsində akademikin qətlinin İran İslam Respublikasının konkret dini dairəsi tərəfindən həyata keçirildiyi müəyyən edilib. “Konkret şəxslər məsuliyyətə cəlb edilib. Bu gün Ziya Bünyadovun qətlinin təşkilatçılarından olan Cavanşir Aslan və Tariyel Ramazanov isə İranda sığınacaq tapıb”, - deyə cənab Qaralov qeyd edib.

XS
SM
MD
LG