Accessibility links

Əkbər Paşayi: Murtaza Muradpura dəstək kampaniyalarında ailəsinin böyük rolu olub [Audio-Müsahibə]


Əkbər Paşayi

“Murtaza Muradpurun iki aydan artıq sürən aclıq aksiyası Azərbaycana yayılıb, türklər arasında dillərə düşdü. Burada bir dirənişinin olduğunu, İnsanların zülmə qarşı mübarizədə canlarını ortaya qoyduğunu göstərdi,” deyə Əkbər Paşayi siyasi məhbus Murtaza Muradpurun iki aydan artıq davam edən aclıq aksiyasının toplumda doğurduğu əks-sədani dəyərləndirir.

Şərqi Azərbaycan vilayətindən Amerikanın Səsinə danışan Əkbər Paşayi Muradpurun oktyabr ayının 25-dən başlatdığı aclıq aksiyasına münasibətləri onu 3 mərhələyə ayıraraq şərh edir:

Murtaza Muradpur Kərəcdən təkrar Təbrizə köçürüldüyü gün

Murtaza Muradpur Kərəcdən təkrar Təbrizə köçürüldüyü gün


“Aksiyanın ilk ayında milli fəallar və insan haqları qruplarından gözə gələn bir dəstək və səs eşidilmədi. Bu önəmli məsələyə belə laqeyd yanaşmaq çox düşündürücü və üzücü oldu... İkinci mərhələ başqa bir olayla üst üstə düşdü... Murtaza basqılara məruz qalan bir polşalı məhbusa yardım etdiyi üçün zindan məsulları tərəfindən döyüldü və bu olayın ardından digər məhbus Rəsul Rəzəvi ilə bərabər Kərəc şəhərində bir zindana sürgün edildi. Bu sürgün məsələsi məbusların bir daha gündəmə gəlməsinə səbəb oldu...”

Murtaza Muradpurun iki aydan artıq sürən aclıq aksiyası Azərbaycana yayılıb, türklər arasında dillərə düşdü. Burada bir dirənişinin olduğunu, İnsanların zülmə qarşı mübarizədə canlarını ortaya qoyduğunu göstərdi.

Onun dediklərinə görə, iki məhbusun bir müddət sonra təkrar Təbriz zindanına köçürülməsi ilə bərabər Murtaza Muradpurun aclıq aksiyasına dəstək kampaniyaları genişlənməyə başladı.

“Təkrar Təbrizə köçürüldükdən sonra başlanan mərhələ bir dönüş nöqtəsi oldu. Murtaza ailəsinə telefon edib azad olanadək aclığa davam edəcəyini bildirdi. Kərəcdən Təbrizə aparılanda onun bir neçə şəkili yayıldı. Şəkillərdə onun çox arıqladığı və qorxuducu və narahat edici bir durumda olduğu göründü. Bu şəkillərin sosial mediada geniş yayılması artıq milli fəallar və toplumu inandırdı. Muradpur bundan sonra layiqli dəstək gördü,” deyə Paşayi söyləyir.

Türk fəal aclıq aksiyasının ilk ayda kifayət qədər diqqətləri cəlb edə bilməməsinin səbəblərini açıqlayır:

Murtaza Muradpurun anası Məsumə Əmani Təbriz məhkəməsi önündə piet keçirərkən

Murtaza Muradpurun anası Məsumə Əmani Təbriz məhkəməsi önündə piet keçirərkən


“Bizim insan haqları sahəsində davamlı çalışan, müraciət edilə biləcək qruplarımız yoxdur. Olsa da təsirli deyillər, yəni dağınıq olub və ardıcıl şəkildə çalışmırlar. Azərbaycan və milli məsələ ilə bağlı xəbər yayan veb səhifələr yetərincə güclü deyil. Bu səbəblər üzündən belə durumlarda çətinlik çəkirik. Dağınıq güclərin bir araya gəlməsi zaman alır...”

Bizim insan haqları sahəsində davamlı çalışan, müraciət edilə biləcək qruplarımız yoxdur. Olsa da təsirli deyillər, yəni dağınıq olub və ardıcıl şəkildə çalışmırlar. Azərbaycan və milli məsələ ilə bağlı xəbər yayan veb səhifələr yetərincə güclü deyil.

Əkbər Paşayi deyir ki, “Murtaza Muradpur son çarə kimi və haqlı olaraq aclıq eyləminə başladı və dayandı... Keçmişdə bənzər səbəblər üzündən aclıq aksiyası keçirənlər bir müddətdən sonra həbsxana və məhkəmədən müsbət cavab almayınca çarəsizliyə qapılıb və aclığa son verərdilər... Digər fəallar məktub yazıb və xahiş edərdilər. Əlbəttə uğurlu bitən aclıq aksiyaları da olubdur.”

Belə durumlarda təşkil olunan dəstək kampaniyalarının faydalarına diqqət çəkən fəal bunun məhbusun yalnız olmadığını göstərmək baxımından önəmli olduğunu vurğulayır. “Sistem həmişə çalışır bizi tək və arxası boş biriləri kimi göstərsin. Amma bu dəstək kampaniyaları məhbusa ürək dayağı olur,” deyə o, qeyd edir.

Bəzi siyasətçilər və millət vəkillərinin Murtaza Muradpurun aclıq aksiyası ilə əlaqədar ifadələri və atdıqları addımlara diqqət çəkən Əkbər Paşayının söylədiklərinə görə, “dəstək kampaniyalarında sosial medianın böyük payı oldu. Siyasi məhbusların vəziyyəti ilə maraqlanmayan bir çox şəxs belə onun məsələsindən xəbərdar olub və haqlı istəklərini eşitdi. Bir məhbusun haqlı olduğunun toplum tərəfindən təsdiq edilməsi hakimiyyətdə olanları qorxuya salır.”

Sistem həmişə çalışır bizi tək və arxası boş biriləri kimi göstərsin. Amma bu dəstək kampaniyaları məhbusa ürək dayağı olur.

Paşayi həmçinin Murtaza Muradpura dəstək kampaniyasının genişlənməsinə yol verən amilləri şərh edir.

“Muradpurun dəstək kampaniyalarının genişlənməsində onun ailəsinin təsirini göz ardı edə bilmərik. Anasının cəsarəti, məhkəmə məsullarının təhdidlərinə baxmayaraq geri addım atmaması, həmçinin məhkəmə önündə piket keçirməsi və milli fəalların da onu tək buraxmaması misli görünməyən olaylar idi. Qardaşı medianın qaynağına çevrildi. Ailə tərəfindən doğru xəbərlərin yayılması medianın güvənini qazanmaqda önəmli rol oynayır...”

XS
SM
MD
LG