Accessibility links

"Onların övladları sabiq Sovet respublikalarını idarə edir"

  • Nərminə Cəlalqızı

“O vaxt Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, müstəqil Azərbaycan dövlətinin rəhbərləri demokrat mahiyyətli hökumət idarə edirdilər. Amma həmin vaxtlar çox çətin vaxtlar idi,” Sankt-Peterburq Universiteti, şərqşünaslıq fakültəsinin Mərkəzi Asiya və Qafqaz kafedrasının dossenti Akif Fərzəliyev 1920-ci ilin aprelində Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalını şərh edir.

Onun sözlərinə görə Birinci Dünya Müharibəsindən sonra Demokratik Respublika həm hərbi baxımdan güclü Rusiya həm də Atatürk Türkiyəsi tərəfindən təzyiqlə üzləşirdi. “Türkiyənin başı öz problemlərinə qarışmışdı. Atatürk Leninə ünvanladığı məktubda “imperialistlərin” Qafqazdan qovulmasına dəstək izhar edirdi.” O biri tərəfən Azərbaycan gənc dövlət və hərbi baxımdan zəif idi. İstər xaricdə, istərsə də daxildə düşmənlər milli hökuməti devirmək üçün səylərini birləşdirmişdilər.

Sovet idarəçiliyinin Azərbaycanda buraxdığı iz haqda danışan professor Fərzəliyev bu izlərin indiyədək də sabiq Sovet məkanında aşkar göründüyünü deyir. “Sovet hökuməti fəhlə-kəndliləri təmsil edirdi, onları idarəçiliyə yüksəldirdi. Ona görə də Sovet ittifaqı dağldıqdan sonra o zümrənin övladları hakimiyyət rıçaqlarını əldə saxladılar,” deyə tarixçi bildirir. “O vaxt bəy-xan olmuş adamların övladları bəlkə də heç bu haqda bilmirlər.” professor Fərzəliyeivn sözlərinə görə bu səbəbdən indi sabiq Sovet respublikalarının rəhbərlərində Sovet hökumətinə geniş rəğbət hissi var.

Rusiyanın Azərbaycana hələ hərbi təhlükə olub-olmadığı haqda sualı cavalandıran professor bunun rüeal olduöuna inanmadığını söylədi. Onun sözlərinə görə Rusiyanın Gürcüstanda və ukraynadaklı aqressiv davranışına səbəb həmin ölkələrin NATO-ya can atması və Moskvanın bunu öz maraqlarına birbaşa hədə kimi görməsi ilə bağlı idi.
XS
SM
MD
LG