Accessibility links

O qaçaqmalçılıqda günahlandırılır

Səbayel rayon məhkəməsi axşam saatlarında Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş müdiri Akif Muradverdiyev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Hakim Rauf Əhmədovun sədrliyi ilə keçən prosesdə Akif Muradverdiyev Cinayət Məcəlləsinin 206.1 maddəsi (qaçaqmalçılıq) ilə günahkar bilinib.

İlkin məlumatlara görə, o aeroportun gömrük və sərhəd xidmətlərini keçib neytral zonaya daxil olanda saxlayıblar və çantasında guya 18 min manat dəyərində 10-luq qızıllar olduğunu deyiblər. Halbuki bu vaxta qədər onun bütün yükləri gömrük nəzarətindən keçib və yoxlanıbmış. Muradverdiyev Moskvaya uçurmuş.

A.Muradverdiyev 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşlara hazırlıq ittihamı ilə həbs edilmişdi. Sonradan bu ittiham iqtisadi ittihamla əvəz olunub və 6 il həbsə məhkum edilib.

Muradverdiyev 2008-ci il yanvarın 15-də Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunmaqla cəzası şərti hesab edilərək azadlığa buraxılıb.
XS
SM
MD
LG