Accessibility links

Akif Muradverdiyevin evində axtarış başlayıb (yenilənib)


Akif Muradverdiyev
Akif Muradverdiyev

MTN əməkdaşları hazırki anda Muradverdiyevin qeydiyyatda olduğu evi axtarır

Prezident Administrasiyasının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyevin evində axtarış başlayıb.

Vəkil Fuad Ağayev Amerikanın Səsinə bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ilk öncə Muradverdiyevin yaşadığı mənzilə gəlib. Lakin burada axtarış aparmaq üçün hüququ əsasları olmadığından MTN əməkdaşları indiki anda Muradverdiyevin Rəsulzadə qəsəbəsində qeydiyyatda olduğu evdə
axtarışa başlayıblar. Hazırda axtarış davam edir.

Evdə MTN əmədaşları ilə yanaşı vəkil Fuad Ağayev və Muradverdiyevin oğlu var.

Muradverdiyev iyunun 20-də Moskvaya uçarkən Bakı aeroportunda saxlanıb. Milli Təhlükəsizlik nazirliyinin İctimai Əlaqələr Mərkəzinin məlumatına görə, baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan - Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Aklif Muradverdiyev isə vəkili vasitəsi ilə mediaya çatdırıb ki, qısıl sikkələr aeroportda onun əl çantasına qoyulub.

Vəkil deyib ki, Muradverdiyev aeroportun təhlükəsizlik xidmətinin yoxlamasından, gömrük yoxlamasından və sərhəd yoxlamasından keçib. Təyyarəyə miniyə gəldikdə mülki geyimli bir şəxs ona yaxınlaşıb və nəzakətlə “bir işlə bağlı” yubanmağı və onunla gəlməyi xahiş edib.

Muradverdiyevi bir otağa gətiriblər, amma girişdə ondan çantasını təslim etməyi xahiş ediblər. Daha sonra onu otağa dəvət ediblər və onunla söhbət etməyə başlayıblar.

Sonra Muradverdiyevin çantasını otağa gətiriblər və içərisində nə olduğunu soruşublar, o, təxminən 1400 dollar, 900 manat pul, bank kartı və geyim əşyaları olduğunu deyib. Sonra onun yanında çantanı açıblar və geyimin altından içərisində qızıl sikkələr olan torba çıxarıblar.
XS
SM
MD
LG