Accessibility links

Gündəm Xəbər qəzetinin kollektivi metro rəisinə etiraz edib [Video]


Gündəm Xəbər qəzetinin kollektivi metro rəisinə etiraz edib
Gündəm Xəbər qəzetinin kollektivi metro rəisinə etiraz edib

Aksiya zamanı insanlara qəzet paylanıb

Oktyabrın 31-də Bakıda metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında metroda qəzet satışına qoyulmuş qadağaya qarşı etiraz aksiyası keçirilib.

Aksiyada “Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri və qəzetin əməkdaşları metronun girişində qəzet paylayıblar.

Daha sonra aksiya iştirakçıları Bakı metropoliteninin rəisi Tağı Əhmədovun ofisinə yaxınlaşaraq, onunla görüş tələb ediblər. Lakin görüş baş tutmayıb, piket iştirakçılarından şikayətlərini yazılı şəkildə təqdim etmələrini xahiş ediblər.

Şirin Cəfəri bildirib ki, Tağı Əhmədova dəfələrlə yazılı şikayətlər verilib, lakin o, bir dəfə olsun reaksiya verməyib. Onun sözlərinə görə, qəzetlərin satışının qadağan edilməsi sifarişdir, belə ki, bu qəzetdə korrupsiyanı tənqid edən yazılar dərc olunur.

Bir müddət əvvəl hakimiyyət metroda “Azadlıq”, “Yeni Müsavat”, “Gündəm Xəbər” qəzetlərinin satışını qadağan edib.

Aksiya zamanı insanlara qəzet paylanıb
please wait

No media source currently available

0:00 0:01:59 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG