Accessibility links

Aksiya iştirakçıları inzibati məsuliyyətə cəlb olunublar


İctimai Palata
İctimai Palata

Contact.az saytının məlumatına görə, cümə günü İctimai Palatanın ölkə parlamentinin binası qarşısında təşkil etdiyi etiraz aksiyasının on iki iştirakçısı polisə tabe olmamaq ittihamı ilə inzibati məsuliyyət tədbirlərinə cəlb olunub.


Beş nəfər cərimə olunub, yeddi nəfərə xəbərdarlıq edilib.


Bundan əlavə, 10 nəfər bir qədər saxlandıqdan sonra buraxılıb

Qeyd edək ki, fəalların bir hissəsi parlamentin binası qarşısında, digərləri Hüseyn

Cavid prospektində saxlanılıb. Belə ki, oradan yürüş ilə parlamentə doğru hərəkət etmək istəyiblər.


DİN saxlananların sayı barədə açıqlama vermir.

Aksiya parlamentin qanunvericiliyə etdiyi düzəlişlərə etiraz olaraq keçirilib. Həmin düzəlişlər icazəsiz mitinqlərdə iştiraka görə cərimənin on dəfə artırılmasını nəzərdə tutur.

XS
SM
MD
LG