Accessibility links

Qazinin ölümünə Fəvvarələr Meydanında etiraz [Video]


Qarabağ müharibəsi əlilinin ölümünə Fəvvarələr Meydanı”nda oturaq aksiya

Qarabağ müharibəsi əlilinin ölümünə Fəvvarələr Meydanı”nda oturaq aksiya

Polis aksiyaya müdaxilə edib, saxlanılanlar var

Dekabrın 29-da Qarabağ əlili Zaur Həsənovun ölümünə etiraz olaraq bir qrup gənc “Fəvvarələr Meydanı”nda aksiya keçirib.

Gənclər “Düşməni yandıranlar vətəndə yanmasınlar!”, “Qazilər ölməsin, ordu morqa dönməsin!”, “Ata, sağ qal, ata!” kimi şüarlar qaldırıblar.

Ərazini nəzarətə götürən polis aksiyaya müdaxilə edib.

Aksiya iştirakçılarının Amerikanın Səsinə verdiyi məlumata görə artıq saxlanılanlar var.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Əbülfəz Qurbanlı Facebook-da öz səhifəsində yazıb ki, Toğrul Ibrahim, Bəyim Həsənli, Kamillə, Türkel Azərtürk, Emil Səlimov, Sabir Məmmədov və Orxan Carçı saxlanılaraq Səbayel Rayon Polis İdarəsinə aparılıb.

Polis qüvvələri “Fəvvarələr Meydanı”nı nəzarətə götürüb. Hadisə yerində çoxlu sayda polis avtomobilləri və mülki geyimli şəxslər var. Meydana təzyiqli su vuran maşın da gətirilib.

Bir neçə saat əvvəl Daxili İşlər Nazirliyi razılaşdırılmamış aksiyanın qarşısı alınacağını bildirmişdi. Zaur Həsənovun ölümünə etiraz olaraq aksiyanın keçirilməsi qərarı sosial şəbəkələrdə verilmişdi.

Xatırladaq ki, Zaur Həsənov dekabrın 25-də özünü yandırıb.

Dekabrın 28-də vəziyyəti pisləşən qazinin həyatını xilas etmək mümkün olmayıb.

Zaur Həsənov 1995-ci ildən bəri Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alındığına görə ğzünə sui-qəsdə cəhd etdiyini deyirdi.

Veteran iddia edirdi ki, kafeni onun əlindən Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Mehbalıyev alıb.

Deputat iddiaları qəbul etmir və həmin obyektin uçurulması ilə bağlı üç məhkəmə instansiyasının qərarı olduğunu bildirir.

Show comments

XS
SM
MD
LG