Accessibility links

Cəmil Həsənlinin seçicilərlə görüş-mitinqi sentyabrın 28-də keçiriləcək


Plakat

Plakat

Görüş Yasamal rayon İdman Sağlamlıq Kompleksinin stadionunda olacaq

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin sentyabrın 28-də saat 16-dan 18-dək Yasamal rayon İdman Sağlamlıq Kompleksinin stadionunda (İnşaatçılar metrosunun yaxınlığında) seçicilərlə görüş-mitinqi keçiriləcək.

Bu barədə Cəmil Həsənlinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, Milli Şura görüş-mitinqin sentyabrın 29-da keçirilməsini təklif etmişdi.

Amma Bakı şəhər İcra Hakimiyyəti həmin gün Yasamal rayon İdman Sağlamlıq Kompleksinin stadionunda seçicilərlə görüş üçün bir neçə müraciət olduğundan mitinqin tarixinin sentyabrın 28-nə dəyişdirilməsini xahiş edib.

Mili Şura təklifi qəbul edib.

Mətbuat xidməti bildirir ki, prezidentliyə namizəd Cəmil Həsənlinin seçicilərlə nəzərdə tutulan görüş-mitinqi “Professor Cəmil Həsənliyə səs verin!”, “Doğrunu seç!”, “Konstitusiyaya əməl edək!”, “Namizədlərə bərabər şərait yaradılsın!”, “Qanunların alililiyi hamı üçündür!”, “Namizədlə görüşə əngəl yaratmayın!”, “BƏSDİR!” və seçki təbliğatına aid digər şüarlarla keçiriləcək və görüşdə 10 min nəfərin iştirakı gözlənilir.
XS
SM
MD
LG