Accessibility links

Bakıda altı min nəfərlik aksiya [Video]


Bakıda altı min nəfərlik aksiya

Bakıda altı min nəfərlik aksiya

Aksiya Dövlət Bayrağı Günü münasibətilə keçirilib



“Euronews” telekanalında 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakıda keçirilmiş fləşmobla bağlı süjet yayımlanıb.

Süjetdə Bakıdakı Dövlət Bayrağı Meydanında Azərbaycan bayrağı rənglərində geyinmiş 6 min gənc “Azərbaycan” sözünü əks etdirib.

"Yallı gedək - Bayrağımızı təbliğ edək" adlı aksiya Gənclər və İdman Nazirliyi, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı İdarəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilib.

Daha sonra gənclər Azərbaycan bayrağı formasında düzülərək dövlət himnini oxuyublar.

Süjetdə qeyd olunub ki, Azərbaycanda Dövlət Bayrağı Günü 2009-cu ildən qeyd olunur. Diqqətə çatdırılıb ki, Azərbaycanda dövlət bayrağı 1918-ci il noyabrın 9-da qəbul edilib.
XS
SM
MD
LG