Accessibility links

Fəvvarələr Meydanında aksiya keçirilib [Video]


Fəvvarələr Meydanında aksiya

Fəvvarələr Meydanında aksiya

Polis aksiyanı dağıtmağa cəhd edib

Azərbaycan Avropa Hərəkatının üzvləri yanacaq qiymətlərini artıırılmasına qarşı etiraz olaraq dekabrın 8-də saat 16:00-da Fəvvarılər meydanında aksiya keçirib.

İcazəsiz keçirilən aksiyada heç bir şuar səsələndirilməyib.

Onlar sadəcə əlləndə ağ vərəq tutaraq etirazlarını sükutla bildiriblər.

Dediklərinə görə, bununla “Ağ günə çıxmaq istəyirik!” mesajını verməyə çalışıblar.

Aksiya zamanı saxlanan olmasa da ancaq mülkigeyimlilər etirazçılardan ağ vərəqləri alıb və ciriblar. Onların dağılışmasını tələb edib.

Hərəkatın rəhbəri Ramin Hacılı aksiyanı baş tutduğunu hesab edir.


Bir neçə gün əvvəl facebook sosial şəbəkəsində yaratdıqları səhifədə təşkilatçılar tələblərini belə sadalayıblar – yanacağın qiyməti təcili endirilsin, avrointeqrasiya istiqamətində cəsarətli addımlar atılsın və digər şüarlar.

Dekabrın 15-də müxalif qüvvələri birləşdirən Milli Şura da yanacağın qiymətinin 30 faiz qaldırılmasına etiraz etməyi planlaşdırır.
XS
SM
MD
LG