Accessibility links

Fəvvarələr meydanında “Qaziləri yandırma!” aksiyası keçiriləcək


 Fəvvarələr meydanında “Qaziləri yandırma!” aksiyası keçirilməsi qərara alınıb
Fəvvarələr meydanında “Qaziləri yandırma!” aksiyası keçirilməsi qərara alınıb

Zaur Həsənovun vəziyyəti ağırdır

Qarabağ qazisi Zaur Həsənovun özünü yandırmasına etiraz olaraq dekabrın 28-də saat 15.00-da Bakıda “Fəvvarələr” meydanında etiraz aksiyası keçiriləcəyi ilə bağlı Facebook social şəbəkəsində event yaradılıb.

Fəvvarələr meydanında keçirilməsi planlaşdırılan aksiyada əsas şüar “Qaziləri yandırma!” olacaq.

“Event”də bildirilib ki, deputat Səttar Mehbalıyav ictimai qaydada üzr istəməli, qaziyə edilən haqsızlıq dərhal aradan qaldırılmalıdır.

AXCP sədrinin müşaviri Asif Yusifli, öz növbəsində bildirib ki, hazırda o, Qarabağ qazisi Zakir Həsənovla görüşmək istəsə də 5 saylı Klinik Xəstəxanada buna imkan verməyiblər.

Bundan əlavə bir qrup qazi Bakının 5 saylı Klinik Xəstəxanasının qarşısında toplaşaraq özünü yandıran ikinci qrup Qarabağ əlili Zaur Həsənova dəstəklərini ifadə ediblər.

O, bildirib ki, Zaur Həsənovun vəziyyəti ağırdır.

Bakı Şəhər Baş Polis İdarəsi “Fəvvarələr” meydanında razılaşdırılmamış aksiya keçirilməsinə imkan verilməyəcəyini bildirib.

5 saylı xəstəxananın baş həkimi Ziya Əsədovun ANS-ə verdiyi məlumata görə, 5 uşaq atası, əlil, özünü öldürməyə cəhd göstərən Zaur Həsənov xəstəxananın yanıq şöbəsindədir və vəziyyəti çox ağırdır.

Baş həkimin sözlərinə görə, xəstənin yanında səhərə qədər xüsusi həkim birqadası qalıb. Reanimasiyada olan xəstənin təzyiqi çox aşağı düşüb.

Həkimlərin səyi nəticəsində xəstəni həyata qaytarıblar. Səhər saatlarında xəstəxanada konsilium olub. Xəstənin vəziyyəti kritikdir.
XS
SM
MD
LG