Accessibility links

Tələbələr Bakı Dövlət Universitetinin qarşısında aksiya keçirib [Videolar & Fotoqalereya]


Tələbələr Bakı Dövlət Universitetinin qarşısında aksiya keçirib [yenilənib-Fotoqalereya]
please wait

No media source currently available

0:00 0:03:53 0:00

Tələbələr Bakı Dövlət Universitetinin qarşısında aksiya keçirib (yenilənib-Fotoqalereya)

Aksiya zamanı Amerikanın Səsinin müxbiri BDU-nun mühafizə xidməti tərəfindən fiziki təzyiqə məruz qalıb

Polis tələbələri BDU-nin həyətini tərk etməyə dəvət edib və tələbələr polisin çağrışına əməl edib. Lakin bir qədər sonra tələbələr Milli Elmlər Akademiyasının qarşısında yenidən aksiyanı bərpa ediblər. Uca səslərlə "Rüşvətə yox!", "Qanunsuzluğa yox!" şüarları sələndirilib. Polis tələbələri yenidən dağılışmağa dəvət edib və bu zaman bir neçə aksiyaçı saxlanıb. Aksiya metronun "Elmlər Akademiyası" stansiyasının qarşısınadək davam edib.


Tələbələr nəyə etiraz edir?
please wait

No media source currently available

0:00 0:00:54 0:00

***

Bakı Dövlət Universitetinin (BDU) qarşısında yüzlərlə tələbə etiraz aksiyası keçirib.

Amerikanın Səsinin hadisə yerindən olan müxbirin məlumatına görə tələbələr universitetin qarşısına toplaşaraq kredit sisteminin tətbiqi zamanı baş verən qanunsuzluqlara qarşı çıxıb.

Tələbələr “Girməyin cibimizə, tamah güc gəlib sizə!”, “Kəsr üçün pul verməyək!”, "Qanunları pozmayın, saxta qanun yazmayın" və başqa şüarlar səsləndirib.

Onlar Nazirlər Kabinetinin alt qrupda təhsil alan tələbələrin dərs saatlarına görə əlavə pul ödəmələri haqqında qanununa etiraz edirlər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının təsdiq edilməsi haqqında" 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı qəbul olunub.

"Biz krediti ödəyirik. Amma, universiteti başa vurduqdan sonra deyirlər ki, hansısa kursdan akademik borcunuz qalıb, yenidən pul ödəməlisiniz. Bunlar qanun pozuntusudur", tələblərdən biri qeyd edib.

Digər tələbə rüşvətə etiraz etdiklərini bildirib. "Yalnız demokratik ruhlu müəllimlər rüşvət almır", o bildirib.

Aksiya zamanı Amerikanın Səsinin müxbiri, Turan agentliyinin fotoqrafı və digər jurnalistlər də təzyiqə məruz qalıb. Aksiya zamanı bir neçə tələbə BDU-nun mühafizəçilərinin hücumuna məruz qalıb və onlar tərəfindən saxlanılaraq universitetin binasına aparılıb. Bu zaman universitet mühafizəçiləri jurnalistlərə və tələbələrə qarşı daha qəddar olub.

Polis də bir neçə tələbə və jurnalisti saxlayıb.

Universitet rektoru Abel Məhərrəmov jurnalistlərə deyib ki, hazırda Təhsil Nazirliyinin nümayəndələri ilə qaldırılan məsələ müzakirə olunur.

Rektor aksiya keçirən tələbələri məsələni universitetin daxilində müzakirə etməyə çağırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG