Accessibility links

Bakı Dövlət Universitetinin qarşısındakı aksiya təxirə salınıb [Video]


Bakı Dövlət Universitetinin qarşısındakı aksiya təxirə salınb
please wait

No media source currently available

0:00 0:03:12 0:00

Bakı Dövlət Universitetinin giriş qapısı

Jurnalistlərin BDU-nun ərazisinə keçməsinə icazə verilməyib

Bakı Dövlət Universitetində fevralın 24-nə planlaşdırılan aksiya təxirə salınıb.

Amerikanın Səsinin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə aksiyanın təxirə salınmasına baxmayaraq tələbələrin tələbləri qüvvədə qalır.

Universitetin tarix fakültəsinin tələbəsi Araz Bağırov medianın qarşısına çıxaraq tələbələrin tələbləri əks olunan bəyannaməni oxuyub.

Sənəddə fevralın 20-də etiraz aksiyası zamanı tələbələrə qarşı güc tətbiq etmiş Tələbə Həmkarlar İttifaqının nümayəndələrinin və universitet mühafizəçilərinin cəzalandırılması, Tələbə Həmkarlar İttifaqının buraxılması, yeni şəffaf seçkilərin keçirlməsi, tələbələrə və valideynlərə edilən təzyiqlərə son qoyulması, Nazirlər Kabinetinin alt qrupda təhsil alan tələbələrin dərs saatlarına görə əlavə pul ödəmələri haqqında qərarının ləğv edilməsi tələb edilir.

Eyni zamanda aksiya iştirakçıları bildirib ki, universitetin Tələbə Həmkarlar İttifaqı buraxılıb, yeni şəffaf seçkilər keçirilməzsə, alternativ Tələbə Həmkarlar İttifaqı təsis ediləcək.

Tələbələr tələbləri yerinə yetirincə mübarizəni davam etdirəcəyini bəyan ediblər.

Bundan əvvəl aksiyanın baş tutmaması üçün təhlükəsizlik tədbirləri gücləndirilib, tələbə bileti olmayan tələbələr içəri buraxılmayıb. Əraziyə xeyli polis qüvvələri cəlb edilib. Universitetin ətrafında çoxsaylı Post-Patruk Xidməti avtomobilləri cəmləşib. Jurnalistlər BDU-nun ərazisinə buraxılmayıb.
XS
SM
MD
LG