Accessibility links

Metronun Elmlər Akademiyası stansiyası qarşısında sahibkarlar aksiya keçirib [Video]


Elmlər Akademiyası stansiyası qarşısında etiraz aksiyası
Elmlər Akademiyası stansiyası qarşısında etiraz aksiyası

Sahibkarlar pullarını tələb edir

Martın 11-də bir qrup sahibkar Bakıda metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında metro stansiyalarının yeraltı keçidlərində ticarət köşklərinin ləğv edilməsinə etiraz edib.

Belə ki, metropolitenin yeni təyin edilmiş rəisi Zaur Hüseynov mağazaların yığışdırılması barədə göstəriş verib.

Sahibkarların fikrincə yeni rəis ona görə göstəriş verib ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa yay olimpiya oyunları zamanı turistlərin gediş-gəlişinə mane olunmasın.

Sahibkarlar bunun bəhanə olduğunu fikirləşir, əslində icarə haqlarının qaldırılmasını istəyirlər.

Onlar hazırda işlədikləri yeri almaq üçün metropolitenin keçmiş rəisi Tağı Əhmədova 1500 manat pul verdiklərini deyib. Sahibkarlar həmin pulların onlara qaytarılmasını tələb ediblər.

Polis etirazçıları metro stansiyasının qarşısından uzaqlaşdırmağa çalışıb. Sahibkarların metropoliten rəsmilərilə görüşdüyü vaxt isə polislər bir neçə fəallıq edən şəxsi saxlayaraq polis bölməsinə aparıb.

Yerli mətbuatın məlumatına görə martın 11-də səhər saatlarından başlayaraq, Bakı Metropoliteninin “Gənclik”, “Qara Qarayev”, “20 Yanvar”, “Neftçilər” və “Nəriman Nərimanov” stansiyalarında dükanların söküntüsunə start verilib. Sahibkarlara bir həftəyədək vaxt verilib.

Metropolitendən baş verənlərlə bağlı şərh almaq mümkün olmayıb.


XS
SM
MD
LG