Accessibility links

“Elmlər Akademiyası” stansiyasında yenidən aksiya keçirilib [Video]


“Elmlər Akademiyası” stansiyasında yenidən aksiya keçirilib
“Elmlər Akademiyası” stansiyasında yenidən aksiya keçirilib

Sahibkarlar kompensasiya tələb edir

Martın 12-də bir qrup sahibkar yenidən “Elmlər Akademiyası” stansiyasında Metropoliten İdarəsi qarşısında toplaşaraq kompensasiya tələb ediblər.

Bu, metro stansiyalarında yeni metropoliten rəhbəri Zaur Hüseynovun köçürdüyü dükanların ticarətçiləri idi.

Hadisə yerində olan Amerikanın Səsinin əməkdaşının verdiyi məlumata görə, bu gün etirazçıların qarşısına heç kim çıxmayıb, gələn polis isə dağılmağı tələb edib.
Toplaşanlar metropoliten rəhbərliyi ilə görüş və məhrum edildikləri mülkiyyətə görə ədalətli kompensasiya verilməsini tələb ediblər.

Lakin polis güc tətbiq edib və altı aksiya iştirakçısını saxlayıb, digərlərini isə dağıdıb.
Bu, sahibkarların ikinci aksiyası idi.

Martın 11-də keçirilən ilk aksiya zamanı da bir neçə nəfər saxlanılıb. Ticarətçilər əvvəlki metropoliten rəhbərinə hər bir dükan üçün 1500 manat ödədiklərini və indi bu pulları geri istədiklərini deyirlər.

)

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG