Accessibility links

Qüds günü ilə bağlı İsrail səfirliyinin qarşısında etiraz aksiyası keçirilib [Video]


Qüds günü ilə bağlı İsrail səfirliyinin qarşısında etiraz aksiyası keçirilib

Qüds günü ilə bağlı İsrail səfirliyinin qarşısında etiraz aksiyası keçirilib

Polis aksiyaya müdaxilə edib

Iyulun 25-də Qüds günü ilə bağlı İsrailin Bakıdakı səfirliyinin qarşısında bir qrup dindar aksiya keçirib.

Hadisə şahidlərindən birinin Amerikanın Səsinə verdiyi məlumata görə səfirliyin qarşısında “Qəzzada insan qətliamına son!”, ”Beynəlxalq cinayət törətmiş İsrail rejiminə ölüm!” şüarları səsləndiriblər.

Qüds günü ilə bağlı İsrail səfirliyinin qarşısında etiraz aksiyası keçirilib

Qüds günü ilə bağlı İsrail səfirliyinin qarşısında etiraz aksiyası keçirilib

Polis aksiyanı dağıdıb. Saxlananlar var. Onlar Yasamal rayon Polis İdarəsinin 26 və 27-ci polis bölmələrinə aparılıb. Saxlanılanların arasında İslam Partiyasının sədri Elçin Manafov, partiyanın təşkilat məsələləri üzrə sədr müavini Vüqar İbayev də var.

İslam Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli Amerikanın Səsinə bildirib ki, aksiyada 100 nəfərə yaxın dindar iştirak edib. İştirakçılar arasında qadınlar da olub.

Onun sözlərinə görə, ümumilikdə 44 nəfər saxlanıb. “Aksiyadan bir gün qabaq saxlananlar da var”.

XS
SM
MD
LG