Accessibility links

Norveç İnsan Hüquqları Evi Ukraynada Azərbaycan hüquq müdafiəçilərinə dəstək aksiyası keçirib


Norveç İnsan Hüquqları Evi Ukraynada Azərbaycan hüquq müdafiəçilərinə dəstək aksiyası keçirib
Norveç İnsan Hüquqları Evi Ukraynada Azərbaycan hüquq müdafiəçilərinə dəstək aksiyası keçirib

Azərbaycanın həbsdə olan hüquq müdafiəçilərinin portretləri qaldırlıb

Noyabrın 27-də Norveç “İnsan Hüquqları Evi” Fondu Azərbaycanın Kiyevdəki səfirliyinin qarşısında etiraz aksiyası keçirib. İştirakçılar azərbaycanlı hüquq müdafiəçilərinin portretlərini qaldırıblar, siyasi məhbusların təsvirləri olar futbolkalar geyiniblər.

Noyabrın 26-da Ukraynanın Çerniqov şəhərində Norveç “İnsan Hüquqları Evi” Fondunun nümayəndəliyinin açılışı zamanı həbsdə olan azərbaycanlı hüquq müdafiəçiləri ilə həmrəylik aksiyası keçirilib.

Azərbaycanın həbsdə olan hüquq müdafiəçilərinin portretləri olan köynəklər
Azərbaycanın həbsdə olan hüquq müdafiəçilərinin portretləri olan köynəklər

Zalda Azərbaycanın həbsdə olan tanınmış hüquq müdafiəçiləri İntiqam Əliyev, Rəsul Cəfərov, Anar Məmmədli və Leyla Yunusun fotoları təsvir edilmiş futbolkalar asılıb.Bundan əlavə, Naxçıvanda insan hüquqlarının pozulmasına həsr olunan stenddə yerli hüquq müdafiəçisi Məlahət Nəsibovanın fotosu təsvir edilib.

Azərbaycanda “İnsan Hüquqları Evi” 2009-cu ildə açılıb. Lakin iki ildən sonra hakimiyyət ofisi bağlayaraq qurumun qeydiyyatını ləğv edib.

XS
SM
MD
LG