Accessibility links

Baş Prokurorluq aksiya iştirakçılarının şikayətləri ilə bağlı məlumat yayıb [Video]


Baş Prokurorluq

Baş Prokurorluq

Bir qrup şikayətçi kəfən geyinərək aksiya keçirib

Fevralın 3-də bir qrup insan şikayətlərinə obyektiv baxılmaması, şikayətlərində qaldırılmış problemlərin həllini tapmamsına etiraz olaraq Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirib. Şikayətçilərin bir neçəsi etirazını kəfən geyinərək bildirib.

Baş Prokurorluğun mətbuat xidməti aksiyada iştirak edən bütün şikayətçilərin Baş Prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul edilərək dinlənildiyini və hər bir şikayətçiyə ayrıca izahatlar verildiyini bildirir.

“Vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması prokurorluq orqanlarının əsas vəzifələrindən biridir. Vətəndaşlardan daxil olmuş prokurorluğun səlahiyyətlərinə aid olan bütün müraciətlər üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırmalar aparılmaqla qanuna müvafiq qərarlar qəbul edilir”, mətbuat xidmətinin məlumatında deyilir.

Mətbuat xidməti Rüstəm Usubovun qəbulunda olmuş aksiya iştirakçılarının hər birinin şikayəti üzrə detallı məlumat yayıb.

Məlumata görə, şikayətlərin bəziləri Bakı Baş Polis İdarəsində, bəziləri isə prokurorluq orqanlarında araşdırılır. Bir sıra şikayətlər barədə məhkəmə qərarları var və bir neçə şikayət üzrə qaldırlmış cinayət işləri isə artıq məhkmnələrə göndərilib.

Mətbuat xidməti bildirir ki, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işi Baş Prokurorluğun rəhbərliyinin gündəlik nəzarətində saxlanılmaqla, Baş Prokurorluq üzrə “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” əmrin qeyd-şərtsiz icrası, həmin fəaliyyət istiqaməti üzrə işin düzgün təşkili, bu sahəyə cavabdeh əməkdaşların məsuliyyətinin artırılması bundan sonra da təmin olunacaqdır.

XS
SM
MD
LG