Accessibility links

Tbilisidə həbsdə olan gənc fəalları müdafiə aksiyası keçirilib


Tbilisidə etiraz aksiyası (Foto Əfqan Muxtarlının facebook səhifəsindən götürülüb)

Tbilisidə etiraz aksiyası (Foto Əfqan Muxtarlının facebook səhifəsindən götürülüb)

Noyabrın 18-də Tbilisidə gürcü fəalları Azərbaycanın səfirliyi qarşısında heykəl məhbuslarına dəstək məqsədi ilə aksiya keçirib.

Tbilisidə yaşayan ictimai fəal Əfqan Muxtarlı Facebook səhifəsində aksiyadan fotolar dərc edib. Fotolarda həbsdə olan siyasi, ictimai fəallar və jurnalistlər əks olunub.

“Tbilisidə Azərbaycan səfirliyi önündə siyasi məhbuslara azadlıq tələb etdik.

Tbilisidə etiraz aksiyası (Foto Əfqan Muxtarlının facebook səhifəsindən götürülüb)

Tbilisidə etiraz aksiyası (Foto Əfqan Muxtarlının facebook səhifəsindən götürülüb)

Aksiyaya Tiflisdə yaşayan Azərbaycan siyasi fəalları da qatıldı”, o Facebook səhifəsində yazır.

Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-da saxlanıb. Onlara qarşı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

Hər iki gənc ittihamla razılaşmır və işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildirir.

Rəsmi qurumlar, o cümlədən Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi Q. İbrahimova 10 il həbs cəzası verib. Bayram Məmmədovun isə hazırda məhkəməsi davam edir.

Hər iki gənc məhkəmədə narkotik ittihamının uydurma olduğunu və Heydər Əliyevin abidəsinə şüar yazdıqlarına görə həbs edildiyini bildirib.

Show comments

XS
SM
MD
LG