Accessibility links

Avropanın 5 şəhərində Mehman Hüseynova və siyasi məhbuslara azadlıq tələb edilib


Avropada etiraz aksiyası (Foto basta.info saytından götürülüb)

Martın 12-də Avropanın 5 müxtəlif şəhərində, o cümlədən, Almaniyanın Düsseldorf, Mainz, Nürnberq, Fransanın Laval və İsveçin Stokholm şəhərlərində Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) təşkilatçılığı ilə bloger Mehman Hüseynova və digər siyasi məhbuslara azadllıq tələbilə aksiyalar keçirilib.

Avropada etiraz aksiyası (Foto basta.info saytından götürülüb)

Avropada etiraz aksiyası (Foto basta.info saytından götürülüb)

Müsavat AKM-in məlumatına görə, DüsSeldorfda keçirilən aksiyanın təşkilatçılığında Müsavat AKM ilə yanaşı, AXCP və REAL təşkilatından olan mühacirlər də iştirak edib.

Stokholmda etiraz aksiyası Azərbaycanın İsveçdəki səfirliyi önündə baş tutub.

“Aksiyalarda bloger Mehman Hüseynovun dərhal azadlığa buraxılması, Azərbaycanda baş verən siyasi həbslərə, jurnalist və blogerlərə qarşı hakimiyyətin apardığı radikal addımlarına son verilməsi tələb olunub.

Aksiyalarda həmçinin Əliyev hakimiyyətinin istefası tələb olunub”, deyə məlumatda qeyd edilir.

XS
SM
MD
LG