Accessibility links

1960-cı ildə italiyalı rejissor Federiko Fellininin çəkdiyi klassik “La Dolce Vita” filmində rolu ilə məşhurlaşan isveç aktrisası Anita Ekberq 83 yaşında vəfat edib.

Aktrisanın vəkili onun uzun müddət davam edən naməlum xəstəlikdən əziyyət çəkdiyini deyib.

Ekberqin Hollivud karyerası 1951-ci ildə İsveç gözəli qismində Dünya Gözəllik müsabiqəsində iştirak etmək üçün ABŞ-a gəlməsindən sonra başlayıb.

O, Con Veyn, Frank Senatra, Bob Hop və Henri Fonda kimi Hollivud ulduzları ilə filmlərdə çəkilib və 1956-cı ildə ən perspektivli gənc aktrisa kimi Qızıl Qlobus mükafatının qalibi olub.

Anita Ekberq Trevi fontanında məşhur səhnələri ilə tanınan “La Dolce Vita” filmindəki roluna görə dünya şöhrətli kino ulduzuna çevrilmişdir.

XS
SM
MD
LG