Accessibility links

“Qaya” ləqəbli Dveyn Conson Hollivudun ən yüksək gəlirli aktyorudur. Amma onun nə qədər çox işlədiyini nəzərə alsaq, bu heç də təəccüblü deyil.

44 yaşlı aktyor ötən 12 ay ərzində 64.5 milyon dollar qazandığına görə, Forbes jurnalının üz qabığında yer alıb. Bununla aktyor üç il ardıcıl jurnalda ən çox pul qazanan aktyor Robert Dovnini üstələyib.

Consonun gəliri sözsüz “Furious 7” və onun “Ballers” adlı filminin çəkilişlərindən sonra artıb. Amma bundan başqa o demək olar ki, hər bir neçə aydan bir yeni film layihəsi üzərində işləyir.

Dveyndən sonra isə ən çox pul qazanan aktyor Ceki Çandır. Aktyor Çində film səsləndirmək və film çəkilişlərindən 61 milyon dollar qazanıb.

Met Daymon 55 milyon dollarla üçüncü yerdədir. Onun gəlirinin böyük hissəsi “Marsian” filmindən daxil olur. Aktyorun gəliri ondan əvvəlki illə müqayisədə 120 faiz artıb.

Matt Damon

Matt Damon

Tom Kruz 53 milyon dollarla dördüncü yerdə, Conni Depp isə 48 milyon dollarla beşincidir.

Qadınlar arasında ən çox pul qazanan aktrisa Cennifer Lorensdir. Aktrisa ilə 46 milyon dollar qazanıb. Belə görünür aktyorlarla müqayisədə aktrisalar bir qədər geridədir.

XS
SM
MD
LG