Accessibility links

ABŞ səfirliyi Bakıda akustik silah görünməsi ilə bağlı şərh verib


LRAD qurğusu
LRAD qurğusu

ABŞ hökuməti bu avadanlığı Azərbaycan hakimiyyətinə verməyib və satmayıb. Məsələ özəl şirkət və Azərbaycan hökuməti arasında həll edilib.

Martın 10-da Bakı küçələrində mitinq iştirakçılarının dağıdılması üçün LRAD qurğusunun görünməsi səs-küyə səbəb olub. Turan agentliyi bu qurğuların görünməsini şərh etmək xahişi ilə ABŞ səfirliyinə müraciət edib. Səfirliyin mətbuat xidmətinin nümayəndəsi Turan-ın suallarını cavablandırıb:

Sual: Martın 10-da mitinqin dağıdılması üçün Bakı küçələrinə bir neçə LRAD qurğusu gətirilib. Səfirliyin bu akustik silahın Azərbaycan hökumətinə necə verildiyi haqqında məlumatı varmı?

Cavab: ABŞ hökuməti bu avadanlığı Azərbaycan hakimiyyətinə verməyib və satmayıb. Məsələ özəl şirkət və Azərbaycan hökuməti arasında həll edilib. Adətən səfirlik şirkətlər və xarici ölkələr (üçüncü tərəflər) arasında müqavilələrə və danışıqlara cəlb edilmir.

Sual: ABŞ hökumətinin bu növ avadanlığın satışını təsdiqləməsi proseduru necədir?

ABŞ hər il Azərbaycanda ciddi pozuntulara dəlalət edən insan hüquqları haqqında məruzələr dərc edir. Bu məruzələr ABŞ hökumətinin Azərbaycana belə avadanlıq ixrat etmək qərarlarına təsir göstərirmi?

Cavab: Ümumiyyətlə, ABŞ-da istehsal olunan müdafiə avadanlığının ixracı ABŞ Dövlət Departamentindən müvafiq lisenziya alınmasını tələb edir.

ABŞ İxraca Nəzarət Aktı, müdafiə avadanlıqlarının ixracı siyasəti haqqında 1995-ci il Konvensiyası və digər beynəlxalq aktlara uyğun olaraq, bu və ya digər ölkədə silah ixracı və bu və ya digər silah növünün isracı üzrə lisenziyanın verilməsi məsələlərini həll etməzdən əvvəl siyasi, hərbi, iqtisadi vəziyyəti və insan hüquqları sahəsində vəziyyəti nəzərə alır.

LRAD-a gəlincə, bu sistem ABŞ hökuməti tərəfindən ixrac məqsədi ilə müəyyən edilmiş “müdafiə vasitələri” kateqoriyasına daxil deyil və buna görə Ticarət Nazirliyinin yurisdiksiyasına aiddir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG