Accessibility links

Əl-Əqsa məscidinə nəzarət kameraları yerləşdirilə bilər


FILE - The Dome of the Rock Mosque in the Al-Aqsa Mosque compound is seen in Jerusalem's Old City, Oct. 14, 2015.
FILE - The Dome of the Rock Mosque in the Al-Aqsa Mosque compound is seen in Jerusalem's Old City, Oct. 14, 2015.

İsrail baş naziri Benyamin Netanyahi deyib ki, yəhudilər üçün Məbəd dağı, müsəlmanlar üçün isə Əl-Əqsa məscidi kimi tanınan müqəddəs yerə nəzarət kameralarının yerləşdirilməsi hər bir tərəfin maraqlarına xidmət etmiş olar.

O, Nazirlər Kabinetinin iclasında deyib ki, bu addım həm İsrailin qaydaları dəyişərək müsəlmanların orada ibadət etməsinin qarşısını almağa çalışdığı iddialarını rədd etməyə, həm də provokasiyalarının həqiqətən haradan qaynaqlandığını göstərməyə kömək edər.

Son bir neçə həftədə 10 israillinin və 50 fələstinlinin ölümündən sonra bölgədə gərginlik artıb.

Bu gün həmçinin İsrail ordusu bildirib ki, İordan çayının Qərb Sahilində fələstinli bıçaq zərbəsi endirərək bir israillini yüngül yaralayıb. Daha sonra fələstinin hadisə yerindən qaçdığı bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG