Accessibility links

Əl-Cəzirə jurnalistləri 3 il azadlıqdan məhrum edilib


Misir məhkəməsi Əl-Cəzirə kanalının jurnalistlərini Müsəlman Qardaşlarına dəstək vermək ittihamı ilə 3 il azadlıqdan məhrum edib.

Əl-Cəzirənin icraçı direktoru Mustafa Suaq hökmü məntiq və zəkaya zidd adlandırıb.

Amnesty International-ın Misir araşdırmaçısı Nikolas Piaçaud məhkəmənin qərarını ifadə azadlığının boğulması kimi qiymətləndirib. O, jurnalistləri vicdan məhbusları adlandırıb.

Hakim Həsən Fərid onların Misirin təhlükəsizlik rəsmilərinin təsdiqi olmadan qanunsuz cihazlardan istifadə etdiklərini və yalan məlumatlar yaydıqlarını, habelə qaldıqları mehmanxanadan icazəsiz yayım mərkəzi kimi istifadə etdiklərini bildirib.

Kanadalı Məhəmməd Fəhmi, misirli Baher Məhəmməd və avstraliyalı Peter Grest 2013-cü ilin dekabr ayında həbs edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG