Accessibility links

Əl-Qaida lideri Ayman Əl-Zəvahiri terrorçu qrupun ikinci ən yüksək rütbəli komandirinin öldürüldüyü barədə xəbəri təsdiq edib.

İnternetə yerləşdirilmiş videoda danışan Əl-Zəvahiri Əbu Yəhya Əl-Libini tərifləyərək, onun iyun ayında Pakistanın qəbilələrin yaşadığı Şimali Vəziristan bölgəsində ABŞ-ın pilotsuz təyyarəsi tərəfindən vurularaq, öldürüldüyünü deyir.

ABŞ rəsmiləri Libinin öldürüldüyünü təsdiq etmiş və bunu Əl-Qaidaya böyük zərbə adlandırmışlar.

Əslən Liviyadan olan əl-Libinin ölümündən əvvəl Pakistanda qəbilələrin yaşadığı bölgədə terrorçu qruplarla birgə hücumlar həyata keçirmək yolunda iş apardığı deyilir.
XS
SM
MD
LG