Accessibility links

Əl-Qaidə müsəlmanları Amerikaya qarşı mübarizəyə səsləyir


Əl-Qaidə 11 sentyabr terror aksiyalarının 15-ci ildönümündə müsəlmanları Amerikaya qarşı mübarizəyə səsləyir.

Cümə günü yayımlanan videoda qrupun lideri Ayman Əl-Zəvahiri sentyabr hücumlarının İslamla səlibçi düşmənlər arasında balans yaratdığını bildirib. O, hücumların müsəlmanlara gücləri və təcavüzə qarşı mübarizə imkanlarını xatırlatdığını deyib. Amerikada irqi münasibətlərə toxunaraq, qaradərililəri İslamı qəbul etməyə çağırıb.

Amerikanın kəşfiyyat rəsmiləri videodan xəbərdar olduqlarını bildirərək, Əl-Zəvahirini aktuallıqla mübarizə aparan əhəmiyyətsiz figur kimi qiymətləndirib.

Lakin Əl-Qaidənin hələ də Amerikaya hədə olduğunu etiraf edən rəsmilərdən biri qrupun daxili çəkişmələrə görə zəiflədiyini bildirib.

Lakin digər kəşfiyyat rəsmiləri Əl-Qaidənin təhlükəsinin zəiflədiyini qəbul etmir. Baxmayaraq ki, İslam Dövləti qrupun fəaliyyətini arxa plana çəkib.

İyul ayında Milli Əks-Terror Mərkəzinin direktoru Nikolas Rassmussen Əl-Qaidəni əks-terrorizmin prioriteti adlandırmışdı.

Digər rəsmilər Əl-Qaidənin Yəməndəki qolunun təhlükəsi barədə narahatlıqlarını ifadə edir. Belə ki, bu qrup son 16 ay ərzində Yəmənin bir neçə vilayətinin nəzarətini əlinə keçirib.

ABŞ-ın daxili təhlükəsizlik rəsmiləri Əl-Qaidənin hələ də 9-11 hücumları kimi sənişin təyyarələrini hədəf alma qabiliyyətinə malik olduğu barədə xəbərdarlıq edir.

Suriyanın Cəbbət Əl-Nüsrə kimi tanınan Əl-Qaidə cinahı da narahatlıqlar mövzusudur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG