Accessibility links

Qrupun Yəmən qolu Charlie Hebdo jurnalına qarşı hücumun məsuliyyətini rəsmən öz üzərinə götürüb

Əl-Qaidənin Yəmən qolu keçən həftə Parisdə satirik Charlie Hebdo jurnalına qarşı hücumun məsuliyyətini rəsmən öz üzərinə götürərək bildirib ki, bu, Məhəmməd peyğəmbərin "qisasının alınması addımı" olub.

Müntəzəm olaraq din əleyhinə karikaturalar dərc edən Charlie Hebdo bir neçə dəfə də peyğəmbəri əks etdirən illüstrasiyalar yayımlayıb. Bir çox müsəlman isə bunu peyğəmbərə küfr hesab edir. Keçən həftəki hücumdan sonra ilk dəfə işıq üzü görən jurnal yenidən manşetdə Məhəmməd peyğəmbərin karikaturasını dərc edərək "Hər şey bağışlanır" sözlərini əlavə edib.

Bu gün internetdə yerləşdirilən videoda özünü Nəsr Əl-Ənsi kimi təqdim edən Əl-Qaidənin Ərəbistan yarımadasındakı lideri deyib ki, 12 nəfərin ölümü ilə nəticələnən Charlie Hebdo qarşı hücumu onun qrupu planlaşdırıb və maliyyələşdirib.

Fransa polisi hücumu təşkil edənlər - Səid və Şərif Kouaçinin keçən cümə günü öldürüldüyünü bildirmişdi. Həmin gün isə başqa bir terrorçu Amedi Coulibali zərərsizləşdirilməmişdən əvvəl isə koşer supermarketində 4 yəhudini öldürmüşdü. Coulibali bir gün əvvəl isə bir fransız polis qadının qətlə yetirmişdi.

Əl-Qaidənin Yəmən lideri deyib ki, Coulibali qrupun tapşırığı ilə hərəkət etməyib və onun hücumlarının qrupun hücumları ilə eyni vaxta düşməsi təsadüfdür.

XS
SM
MD
LG