Accessibility links

Allahşükür Paşazadə Los-Ancelesin “Sinay Məbədi” yəhudi dini icmasının rəhbəri ilə görüşüb


Allahşükür Paşazadə

Allahşükür Paşazadə

Noyabrın 3-də ABŞ-ın Los-Anceles şəhərində fəaliyyət göstərən “Sinay Məbədi” yəhudi dini icmasının Bakıda səfərdə olan üzvlərilə Qafqaz Müsəlmanları İdarəsində (QMİ) görüş keçirilib.

QMİ sədri Şeyxüilsam Allahşükür Paşazadə bütün dinlərə aid insanları birləşdirən dəyərlərin olduğunu vurğulayıb.

Paşazadə “hamımızı xəlq edən Allah birdir” fəlsəfəsini bütün insanların birləşmə nöqtəsi adlandırıb.

“Azərbaycanda tolerantlıq söz yox, gerçəklikdir. Bu sahədə Azərbaycan dünyaya nümunə ola bilər”, o qeyd edib.

Paşazadə bütün dini konfessiyaların fəaliyyətinə bərabər şərait yaradıldığını, ölkədə yeni məscidlərlə yanaşı, sinaqoq və kilsələr tikildiyini qeyd edib.

“Biz dost olmaq istəyirik, amma bizimlə dostluq çətindir, dosta çox şey verər, çox şey də tələb edərik”, QMİ sədri dini icma başçısına müraciət edib.

Daha sonra QMİ sədri Misirdə Sinay yarımadasında Rusiyaya məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan insanların xatirəsini yad etməyi təklif edib.

“Hər kəs, ayaq üstə, öz dininin buyurduğu dildə dua oxusun”, A.Paşazadə təklif edib. Bu, QMİ-də tətbiq edilən bir ilkdir.

Görüşdə çıxış edən icma rəhbəri Devid Uolter dostluğun çətin olduğunu deyərək, dost olmaq istəyinin də nə olduğunu bildiyini vurğulayıb.

"Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bütün dinlərin dostudur”, deyən Uolter icması adından A.Paşazadəyə dostluq təklif edib.

İcma rəhbəri “Tövrat”da Allahın insanlara bir-birilərinə bağlı və bir-birindən asılı olması, “Allahın xeyir dualarının İsmayıla və İshaqa olması” deyimlərini xatırladaraq, bu dostluq üçün dua etməyin gərəkli odluğunu vurğulayıb.

Azərbaycanın Dağ Yəhudiləri dini icmasının rəhbəri Melix Yevdayev də Azərbaycanda tolerantlığın gerçəklik olduğunu qeyd edib.

“Sinay Məbədi” dini icması gələn ölkə Allahın mərhəməti altında olur”, M.Yevdayev bu icma haqda mövqeyini bildirib.

XS
SM
MD
LG