Accessibility links

Kassiqin valideynləri İŞİD-ə müraciət edib


Kassiqin valideynləri İŞİD-ə müraciət edərək, mərhəmət nümayiş etdirib, oğullarının azad edilməsini istəyib.

İndiana ştatında yaşayan Ed və Pola Kassinqlərin ingilis dilində video-müraciəti ərəb subtitrləri ilə göstərilib.

26 yaşlı Kassiqin islamı qəbul etdiyi və adını Əbdül Rəhmana dəyişdiyi deyilir.

Bu gün təhlükəsizlik komandası ilə görüşündən sonra Devid Kameron İslam Dövləti qrupunun məğlubiyyəti üçün tələb olunan hər bir ölçüyə əl atılacağına vəd verib.

O, Allan Henninqin qatillərinin məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayaraq, onu başqalarına yardım etmək istəyən şəfqətli şəxsiyyət adlandırıb.

BMT-nin Təhlükəsizlik Şurası ABŞ prezidenti Barak Obama və Britaniyanın baş naziri Devid Kamerona qoşularaq, İŞİD tərəfindən britaniyalı girovun başının kəsilməsini pisləyib.

Şuranın bəyanatında qurumun könüllü humanitar yardım işçisi Alan Henninqin qətlini pislədiyi və hadisənin könüllü işçilərin təhlükəsinə dair xəbərdarlıq olduğu, habelə İŞİD-in qəddarlığını göstərdiyi deyilir.

Dünən qrup daha əvvəl qətlə yetirilən 3 qərbli girovun öldürüldüyü şəkildə britaniyalı girovun qətlə yetirildiyini nümayiş etdirən video yayıb.

Video islamçı yaraqlının amerikalı girov Peter Kassigin də öldürüləcəyi təhdidi ilə bitir.

ABŞ rəsmiləri Kassinqin girovda olduğunu təsdiq edib.

Prezident Obama İŞİD-in məhv edilməsi üçün ABŞ və onun müttəfiqlərinin ölçülər götürəcəyinə söz verib.

Britaniyanın baş naziri Devid Kameron Alan Henninqin qətlinin İŞİD-in vəhşiliyinə nümunə olduğunu bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG