Accessibility links

Albalı Festıvalı bu il daha erkən başlayıb


Albalı Festıvalı bu il daha erkən başlayıb
Albalı Festıvalı bu il daha erkən başlayıb

Paytaxt Vaşinqtonda keçirilən ənənəvi Albalı Festıvalı bu il daha erkən başlayıb. Yaponiyanın bir əsr əvvəl Amerika ilə münasibətlərin normallaşması rəmzi kimi ABŞ-a hədiyyə etdiyi albalı ağaclarının çiçəklənməsi ilə keçirilən 16 günlük festival bu gün açıq elan edilib. Lakin Yaponiyadakı təbii fəlakət səbəbi ilə əvvəlcədən planlaşdırılan tədbirlərin bəzisi təxirə salınıb.Təşkilatçılar ziyarətçiləri fəlakət qurbanlarına yardım göstərməyə təşviq edir. Festivalın veb səhifəsində Qırmızı Xaç cəmiyyətinə ianələr üçün link verilir. Albalı festıvalı hər il minlərlə turisti Vaşinqtona cəlb edir. Festivalın dönəmi qışın keçməsindən asılıdır. Aprelin 9-da keçiriləcək parada qədər çiçəklərin töküləcəyi gözlənilir.

XS
SM
MD
LG