Accessibility links

Sakura festivalı Vaşinqtonda baharın gəlişinə işarədir [Video]


Ağaclar 1912-ci ildə Yaponiya tərəfindən hədiyyə olunub

Hər il bir milyondan çox insan Vaşinqton Milli Albalı Çiçəyi Festivalına gəlir. Yaponiyadan hədiyyə olan məşhur ağaclar baharın gəlişini canlı rənglərlə qeyd etməyə davam edirlər.

Albalı Çiçəkləri: Milli Albalı Çiçəyi Festivalının Rəsmi Kitabı-nın müəllifi Ann McClellan çiçəklərin ruhlandırıcı olduğunu deyir.

“Dünyanın hər bir yerindən hər kəs onların gözəlliyini hiss edə bilər və qışın nə qədər də pis keçməsinə baxmayaraq, çicəklərlə birgə ümid hissinin gəldiyini və ən əsası həyatın nə qədər qısa olduğunu hiss edə bilərlər.”

Albalı çiçəkləri həm də ABŞ və Yaponiya arasındakı dostluğun rəmzidir.

1912-ci ildə Tokyo Vaşinqtona 3 min albalı ağacı hədiyyə etdi və onlar su hövzəsinin ətrafında əkildilər.

Ağaclar Rusiya-Yaponiya müharibəsinə son qoyan Portsmouth sülh razılığına vasitəçilik etdiyinə görə ABŞ-a təşəkkür etmək məqsədilə hədiyyə olunmuşdu.

Ancaq İkinci Dünya müharibəsi zamanı Yaponiya ABŞ-ın Pearl Harbor-da yerləşən hərbi-dəniz bazasına hücum etdiyindən sonra albalı ağaclarının bəziləri kəsildi.

Ann McClellan deyir ki, bəzi yerli insanlar ağacları qorumaq üçün qruplar yaratmışdılar.

Sakura

Sakura

“Onlar gecələr çayın ətrafını qoruyurdular ki, heç kəs ağacları kəsməsin. Müharibənin sonunadək isə onlar ağacları şərqi albalı ağacları adlandırırdılar”.

Albalı Çiçəyi festivalı ənənəsi 1935-ci ildə başlayıb.

Milli Park Xidmətinin Paytaxt Bölgə direktoru Bob Vogel bu festivalın illər ərzində mədəniyyət, incəsənət, musiqi və iki millət arasında dostluq festivalına çevrildiyini deyir.

“Bu, bizim iki ölkə arasında gözəl bağlılıq sərgüzəştidir. Orijinal fikir bu idi, və düşünürəm ki, bu ideya qorunub və hətta artıb”.

Bu ilki festival martın 20-dən aprelin 12-dək davam edib.

XS
SM
MD
LG