Accessibility links

Albaniyalı idmançı Recildo Zenelinin Bakıda 2015-ci il Birinci Avropa Oyunlarında Avropa Olimpiya Komitəsinin antidopinq qaydalarını pozduğu ifşa olunub. O, yarışlarda iştirakdan kənarlaşdırılıb, bu barədə Birinci Avropa Oyunlarının saytında yerləşdirilmiş məlumatda bildirilir.

Alban idmançının dopinq-testində qadağan edilmiş preparatlar siyahısına daxil olan furosemid izləri aşkarlanıb, deyə məlumatda qeyd edilir.

Oyunlarda idmançılar kompleks antidopinq prosedurları keçir, onların orqanizmində Ümumdünya Antidopinq Agentliyinin qadağan etdiyi maddələrin olub-olmadığı yoxlanılır.

XS
SM
MD
LG